İranda iğtişaşların müəllifləri, o cümlədən Ermənistanda hazırlıq keçiblər.
KONKRET.az xəbər verir ki, bu günlərdə İranın Təhlükəsizlik Nazirliyi və İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat xidməti davam edən iğtişaşlarla bağlı hesabat yayıb.
Artıq bir neçə həftədir ki, İran İslam Respublikasının bir sıra iri şəhərlərində çağırış iğtişaşları baş verir. İranın hüquq-mühafizə orqanları qiyam cəhdinin qarşısını güc yolu ilə almağa çalışır. İranın rəsmi nümayəndələri artıq bu qiyamların xarici qüvvələr tərəfindən təhrik edildiyini və məqsədin İran dövlətçiliyini zəiflətmək və məhv etmək olduğunu bəyan ediblər.
Kəşfiyyat İdarəsinin hesabatında bildirilir ki, iğtişaşların təhrikçiləri müxtəlif ölkələrdə, o cümlədən Ermənistanda hazırlıq kursları keçiblər.
“Təlim kursları Türkiyə, BƏƏ, Hollandiya, Ermənistan, Gürcüstan, Malayziya, İndoneziya, Tailand, Çexiya, Cənubi Afrika Respublikası, İtaliya, Seyşel adaları (Hind okeanında) kimi ölkələrdə keçirilib. Göründüyü kimi kurs yerləri adətən İran vətəndaşlarının səyahət üçün viza tələb olunmadığı ölkələrdə yerləşir və viza tələb olunan hallarda Amerika agentliklərinin dəstəyi və turist adı altında həyata keçirilir”, – hesabatda deyilir.
Xuraman Etibarlı,
KONKRET.az
