İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? – AÇIQLAMAbackend

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

“İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var”.

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov KONKRET.az-a açıqlamasında bildirib.

Yeni model dövlət idarəçiliyində effektivliyi artıracaq" - Azər Badamov

Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən uğurlu pul-kredit siyasəti nəticəsində manatın xarici valyutalar qarşısında sabitliyi qorunur:

“Bu da ölkədə makroiqtisadi sabitliyin təmin edilməsinə imkan verir.

İranda isə iqtisadi vəziyyət fərqlidir. ABŞ-la davam edən gərginlik, milli valyuta olan rialın dollar qarşısında kəskin ucuzlaşması və neft ixracında yaranan çətinliklər ölkə iqtisadiyyatına ciddi təsir göstərir. Bu fonda benzinin qiymətində artımın baş verməsi də müəyyən mənada gözlənilən idi”.

A.Badamov vurğulayıb ki, İranda benzinin qiymətinin dollar ifadəsində real olaraq iki dəfə bahalaşmasından daha çox, rialın dəyər itirməsi və inflyasiya amili nəzərə alınmalıdır.

“Yəni burada qiymət artımının əsas səbəblərindən biri milli valyutanın ucuzlaşmasıdır.

Bu qərarın Azərbaycana birbaşa təsir göstərəcəyini düşünmürəm. Çünki Azərbaycan və İran arasında idxal-ixrac əməliyyatları şəffaf şəkildə həyata keçirilir. Ölkəmizdə isə benzin qiymətləri əsasən Tarif Şurası tərəfindən tənzimlənir.

Ona görə də İranda benzinin qiymətindəki artımın Azərbaycanda yanacaq qiymətlərinə və ümumi inflyasiyaya ciddi təsir göstərəcəyini gözləmirəm”, – deyə deputat qeyd edib.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*