İranda etirazçılar avtomobil yolunu bağladı – VİDEObackend

İranda etirazçılar avtomobil yolunu bağladı - VİDEO

Xuzestan əyalətindən əldə edilən məlumatlara görə, burada narazı əhali mayın 31-i axşam saatlarında Əhvaz-Əndimeşk yolunu bağlayaraq bir neçə avtomobilə od vurublar.

KONKRET.az xəbər verir ki, “1500 təsvir” Twitter səhifəsinin paylaşdığı videolardan görünür ki, yolun ortasında narazı əhali tərəfindən ən azı bir yük maşını yandırılıb. Yolun digər hissələrində də müxtəlif yanğın hallarının baş verdiyi görünür.

Başqa bir videoda isə Əhvaz-Əndimeşk yoluna gedən yan yolların birində polis avtomobilləri də görünür. Sözügedən Twitter səhifəsi paylaşımlarından birində yazıb: “Avtomobil nədənsə alovlandı və etirazçılar fürsətdən istifadə edərək yolun digər hissələrində də od yandıraraq yolu bağladılar”.

Xuzestanın bir sıra şəhərlərində hökumətin interneti məhdudlaşdırması səbəbilə hadisənin detalları ilə bağlı daha çox məlumat əldə etmək mümkün olmayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*