İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli olan “Fars News” agentliyi Əli Xameneinin matəm mərasiminin üçüncü günündə izdihamın “Hamı qırmızı qisas bayraqları ilə gəlib” sözləri əks edilən plakatlar tutduğunu yazıb.
KONKRET.az xəbər verir ki, söhbət şiə simvolikasında istifadə olunan və tez-tez qisas çağırışını ifadə edən qırmızı bayraqlardan gedir.
Bu bayraqlar matəm mərasimində iştirak edən çoxsaylı şəxslərin əlində olub.
Bildirilib ki, keçmiş ali dini liderin vəfatı ilə bağlı keçirilən matəm mərasimləri zamanı İran rəsmiləri, dövlət mediası və tərəfdarları tərəfindən onun öldürülməsinə görə qisas alınması ilə bağlı çağırışlar dəfələrlə səsləndirilib.
Xatırladaq ki, Əli Xamenei 2026-cı il fevralın 28-də Tehrandakı iqamətgahına endirilən hədəfli hava zərbəsi nəticəsində həlak olub.
Müşviq Tofiqoğlu
KONKRET.az
