İranda məhkəmə sistemi işçiləri etiraz aksiyaları keçirdilərbackend

İranda məhkəmə sistemi işçiləri etiraz aksiyaları keçirdilər

İranda məhkəmə sistemi işçiləri bir neçə şəhərdə etiraz aksiyası keçirib.

KONKRET.az-ın məlumatına görə, etirazçılar parlamentdə məhkəmə sistemi işçilərinin maaşlarının artırılması layihəsinin qəbul olunmamasına və sosial vəziyyətlərinin yaxşılaşdırılması tələbi ilə aksiya keçirib.

İran parlamenti yanvarın 5-də məhkəmə sistemi işçilərinin və hakimlərin maaşlarının artırılması layihəsinin əleyhinə çıxıb.

Sosial şəbəkələrdə yayılmış videolardan görünür ki, paytaxt Tehranda bir qrup məhkəmə sistemi işçisi prezident İbrahim Rəisinin əleyhinə şüarlar səsləndirib. Aksiyaların Şəhrkürd, Kirmanşah, İsfahan və Əhavaz şəhərlərində keçirildiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*