İranda məktəblərdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR – 3 nəfər həbs edildi – VİDEObackend

İranda məktəblərdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR - 3 nəfər həbs edildi - VİDEO

İranın təhlükəsizlik qüvvələri məktəblilərin kütləvi zəhərlənməsi ilə məşğul olan 3 nəfəri həbs edib.

KONKRET.az xəbər verir ki, İranın Səhiyyə Nazirliyi və İnformasiya Nazirliyi bazar ertəsi günü Qum şəhərində məktəbdə zəhərlənmələrlə bağlı araşdırmaya başlayıb. Faktla bağlı 3 nəfər həbs edilib.

2022-ci ilin noyabr ayından məktəblərdə şagirdlərin kütləvi zəhərlənməsi faktı qeydə alınır. 18 məktəbli qız naməlum səbəbdən zəhərlənib.

Oxşar hallar paytaxt Tehranda, eləcə də İranın qərbində Borucerd, ölkənin şimalında yerləşən Ərdəbil və Sari şəhərlərində baş verməyə başlayıb. İran mediası indiyədək ən azı 150 uşağın xəstəxanaya yerləşdirildiyini bildirir.

Baş prokuror Mohammad Jafar Montazeri və səhiyyə nazirinin müavini Yunes Pənahi hesab edirlər ki, bir sıra zəhərlənmələr “xarici qüvvələr” tərəfindən təşkil edilmiş məqsədyönlü aksiya ola bilər.

Lakin son əldə olunan məlumata görə, İran İnqilabı Keşikçiləri Korpusu Tehrandakı bir məktəbin havalandırma sistemində kimyəvi maddələrdən istifadə edib.

Bildirilir ki, məktəblilər müəllimləri məktəbə buraxmaqdan imtina edərək, İran rejiminə qarşı mitinq keçirdiklərini bildiriblər.

Buna cavab olaraq “etirazçıları dağıtmaq” üçün SEPAH qüvvələri məktəbin ventilyasiyasında bir növ kimyəvi maddələrdən istifadə ediblər.

Məktəbin 300-dən çox şagirdi kimyəvi maddədə zəhərlənib, bir neçə şagird ölüb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*