İranda müsəlman din xadimləri ermənilərin qəbirlərini ziyarət ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə Azad İran teleqram kanalı məlumat yayıb.
İsfahanda din xadimləri ermənilərin qəbirlərini ziyarət ediblər.
İranda yaşayan ermənilərin rəsmi mətbu orqanlarından olan “alikonline” saytının xəbərinə görə, Yeni ilin başlanması münasibəti ilə isfahanlı ruhanilər İran-İraq müharibəsində öldürülən ermənilərin məzarlarını ziyarət ediblər.
Mərasimdə elmi-dini dairələrin rəhbərləri, xristian keşişlər, İsfahan və İranın cənubundakı Erməni Yeparxiyasının üzvləri və İsfahan Zərdüşt Cəmiyyətinin nümayəndələri iştirak edib.
Mərasimə qatılan müsəlman din xadimlərindən biri deyib: “Bizə dini dairələr, kilsələr, Erməni Yeparxiyası, zərdüştilər və yəhudilər arasında davamlı əlaqə lazımdır”.
İsfahan Erməni Təşkilatının rəhbəri Zare Qaraxanyan İran-İraq müharibəsində İsfahandan 6 erməninin öldüyünü bildirib.

Xuraman Etibarlı,
KONKRET.az
