İranda növbəti edam: Bu dəfə… backend

İranda növbəti edam: Bu dəfə... 

İranda İsrail kəşfiyyatına casusluq etməkdə və “Mossad”la əməkdaşlıqda ittiham olunan Hüseyn Paderanın barəsində çıxarılmış ölüm hökmü icra olunub.

KONKRET.az xəbər verir ki, İranın məhkəmə hakimiyyətinin məlumatına görə, Paderan hərbi obyektlər, hərbçilər və onların bəzi şəxsi məlumatları barədə məxfi informasiyaları “Mossad”a ötürməkdə ittiham olunub.

Məhkəmə materiallarında bildirilir ki, Paderan topladığı məlumatları “Mossad”dakı kuratoruna təqdim edib və bunun müqabilində avro ilə ödənişlər alıb.

İran hakimiyyətinin açıqlamasına əsasən, onun evində raket mövzusunda “tam məxfi” qrifli məlumatların yer aldığı qeyd dəftəri, şifrələnmiş informasiya daşıyıcıları, rabitə vasitələri, həmçinin foto və video avadanlıqları aşkarlanıb.

Məlumata görə, Paderan barəsində çıxarılan ölüm hökmündən verilən apellyasiya şikayəti təmin edilməyib və hökm İran Ali Məhkəməsi tərəfindən təsdiqlənib. Bundan sonra ölüm hökmü icra olunub.

Günay Əli

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*