İRANDA yeni dron təqdim olundubackend

İRANDA yeni dron təqdim olundu

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) təqdim etdiyi yeni hərbi texnikalar arasında “Me’raj-1” dronu (UAV) da var.

KONKRET.az xəbər verir ki, 35 kiloluq kəşfiyyat uçuş vasitəsi 12 minədək fut hündürlükdə 140 km/saatadək sürətlə 10,5 saatadək müddət ərzində hərəkət edərək 5 kiloyadək yükü 1 000 kilometrədək məsafəyə daşıya, məlumatı 150 km məsafəyə ötürə bilir.

SEPAH-ın komandanı, general Hüseyn Səlaminin iştirak etdiyi mərasimdə həmçinin “BTR-50” heyət daşıyıcı vasitəsi, “So’ban-1” pulemyotu (Rusiya istehsalı RPD silahının təkmilləşdirilmiş variantı), özüyeriyən radar sistemi də var. Bütün bunlar İRGC Quru Qüvvələri Tədqiqat və Özünü Təminat Cihad Təşkilatı tərəfindən istehsal edilir.

report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*