Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən KONKRET.az-a bildirilib ki, sentyabrın 6-da in “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 38 kiloqram 778 qram narkotik vasitə və 7680 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkarlanıb.
Məlumata görə, sərhəd dəstəsinin xidməti ərazisində aşkarlanan 21 kiloqram 700 qram narkotik vasitə və 1000 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin saat 01:30-da İrandan Azərbaycana pilotsuz uçuş aparatı (PUA) vasitəsilə keçirildiyi müəyyən olunub. Həmçinin 17 kiloqram 78 qram narkotik vasitə və 6680 ədəd psixotrop tərkibli Metadon M-40 həbi isə saat 04:10-da paraplan vasitəsilə ölkəyə keçirilib.
Ələ keçirilən narkotiklərin hamısı dövriyyədən çıxarlıb.

