İrandan Azərbaycana qarşı TƏXRİBAT: Səfirin “səmimiyyəti” və gerçəklik – VİDEObackend

İrandan Azərbaycana qarşı TƏXRİBAT: Səfirin “səmimiyyəti” və gerçəklik - VİDEO

Ötən ilin son günlərində separatçı tör-töküntülərinin Xankəndidə qanunsuz turnir keçirəcəklərini xəbər vermişdik.

KONKRET.az-ın məlumatına görə, turnirdə Qarabağdakı erməni idmançılarla yanaşı, Ermənistan və İran idmançıları da iştirak edəcəkdilər.

Azərbaycan mediasında İran idmançılarının Xankəndidə keçirilməsi planlaşdırılan MMA, yəni qarışıq döyüş növləri yarışlarında iştirak edəcəyi və separatçı ünsürlərlə bu əməkdaşlıq faktı İran tərəfinin növbəti təxribatı kimi qiymətləndirildi.

Həmin hadisənin son vaxtlar Azərbaycan-İran münasibətlərində müşahidə olunan müsbət meyllərə heç cür uyuşmadığını yaxşı anlayan İranın Bakıdakı səfirliyi dərhal hərəkətə keçdi. Səfirliyin mətbuat şöbəsi xüsusi bəyanat yayaraq, bildirdi ki, “dekabrın 28-də Azərbaycan Respublikasının Xankəndi şəhərində keçirilən yarışların iştirakçılarının İran İslam Respublikasının İdman Nazirliyi ilə heç bir əlaqəsi yoxdur”.

Lakin əsl həqiqət başqadır. Səfirlik necə deyərlər, gözünün içinə kimi yalan danışır. Xankəndiyə kimlərin və necə getdiyini guya bilməyən səfir, birbaşa proseslərdə iştirak edib və İran idmançılarının orada olmasını gizlətməyə çalşıb.

“Azadİran” kanalına istinadla təqdim edəcəyimiz video Azərbaycan dilində olduğu üçün təfərrüatlarla daha ətraflı tanış ola bilərsiniz:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*