İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındıbackend

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

Naxçıvanda külli miqdarda psixotrop maddə və narkotik vasitə aşkarlanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən KONKRET.az-a verilən məlumata görə, Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “PVC” yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.

Kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə – metamfetamin aşkar edilib.

Eyni zamanda nəqliyyat vasitəsinin sürücüsünün üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun üzərindən 2 bükümdə, ümumi çəkisi 4,771 qram olan narkotik vasitə – qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*