İranın Azərbaycandakı səfiri İsrail səfirini HƏDƏLƏDİ – FOTO/VİDEObackend

İranın Azərbaycandakı səfiri İsrail səfirini HƏDƏLƏDİ - FOTO/VİDEO

İranın Azərbaycandakı səfiri İsrail səfirinə gülünc cavab verib.

KONKRET.az xəbər verir ki, dünən İsrailin Azərbaycandakı səfiri Corc Dik Təbrizdə Azərbaycan tarixi və mədəniyyətini öyrənməsi ilə bağlı paylaşım edib. Onun bu paylaşımı İranın molla rejimi ilə yanaşı, ölkəmizdəki səfiri Seyid Abbas Musəvini də qıcıqlandırıb. O, İsrail səfiri Corc Dikə hədələyici cavab verib:

“Bu macəraçı oğlana məlumat üçün: Bizim sevimli Təbriz İranın qürurlu tarixində İLKLƏR diyarı kimi tanınır. Görünür, İLK Şər Sionistini də qeyrətli Təbriz camaatı dəfn edəcək. Heç vaxt qırmızı xəttimizi keçməyin!”

Yəqin ki, hörmətli səfir Corc Dik buna lazımi cavab verəcək, amma maraqlısı odur ki, İranın neçə qırmızı xətti var görəsən?

Ermənistan qırmızı xətt, Suriya qırmızı xətt, Təbriz qırmızı xətt və sair. Dikin paylaşımında “qırmızı xətt”lik nə var idi ki, Musəvini özündən çıxarıb. Axı onlar özləri də Təbrizi Şərqi Azərbaycan şəhəri sayırlar. Musəvinin bu gülünc cavabına Dikin yanaşmasını gözləyək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*