backend

"İranın bu addımı savadsızlığın, nadanlığın və cahilliyin zirvəsidir" - SƏRT AÇIQLAMA 

İran parlamenti İsraildə səfirlik açdığı üçün 210 səslə Azərbaycana qarşı bəyanat qəbul edib. Bəyanatda səfirliyin açılmasının mənfi siyasi nəticələrinin olacağı bildirilib. Bir çoxları bu bəyanatı ciddi qəbul etməsələr də, bəziləri rəsmi Tehranın İslam Əməkdaşlıq Təşkilatına müraciətinin müəyyən müzakirələrə yol açacağından narahatdır. Bəs görəsən İranın bu bəyanatının hansısa hüquqi qüvvəsi və zərəri ola bilərmi?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Qabil Hüseynli bildirib ki, İran parlamentinin bəyanatı başdan-ayağa sərsəmləmədir: “Bu ölkə özünü sanki fövqəlgüc hesab edirmiş kimi bütün İslam dünyasına və bəşəriyyətə müraciət ünvanlayır. Azərbaycanın İsraillə əlaqələrinin və diplomatik münasibətlərinin yaradılmasının guya İran üçün təhlükəli olacağı haqda fikir formalaşdırmağa çalışır. Özüdə ilk növbədə müsəlman ölkələrini Azərbaycanın bu hərəkətlərini pisləməyə çağırır. İranın bu addımı savadsızlığın, nadanlığın və cahilliyin zirvəsidir. Azərbaycan xarici siyasətini özü qurur, kiminlə istəyir diplomatik münasibətlər yaradır. Bu, dünyada qəbul edilən normadır və beynəlxalq konvensiyalarla tənzimlənir. İran Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin yaradılmasında özünə hansı təklükələri gördüyü haqda bir kəlmə də danışmır. Molla hökuməti həm iqtisadi göstəricilərin pisləşməsindən və əhalinin rifahının aşağı düşməsindən, həm də ölkədə inqilabi mübarizənin yenidən alovlanmasından sanki qorxuya düşüb. Bunun acığını isə Azərbaycanın üzərinə tökməyə çalışır”.

Heydər Əliyev mənə vəzifə verdi, mən isə azdım” – Qabil Hüseynli -  Azinforum.az İnformasiya Portalı

Politoloq hesab edir ki, İran parlamentinin qəbul etdiyi bəyanatın və İslam ölkələrinə ünvanladığı müraciətin heç bir hüquqi əsası yoxdur: “Bunun bizə heç bir ziyanı ola bilməz. Əksinə, İslam Əməkdaşlıq Təşkilatı daim Azərbaycanın mövqeyini dəstəkləyib. Üstəlik, təşkilat bu cür gülməli, məntiqdən kənar və siyasi əsasları olmayan çağırışlara istehza ilə yanaşacaq. Ona görə də İran növbəti dəfə siyasi nadanlığını praktikada sübut edəcək. Digər tərəfdən, rəsmi Bakı fars-molla rejiminin bu cür siyasi təxribatlarına cavab verir. Azərbaycan parlamenti İranın addımına qarşı əks bəyanat hazırlayıb. Eyni zamanda Tehranın özbaşınalıqları ilə bağlı dünya xalqlarına müraciət ünvanlanıb. Bundan başqa biz İranın bölgədəki hərəkətləri ilə bağlı bir sıra təşkilatları məlumatlandırmışıq. Molla rejiminin Azərbaycanı ciddi surətdə hücumla təhdid etməsinə dünyanın diqqətini çəkmişik. Hesab edirəm ki, dünya dövlətləri bizim səsimizə-səs verəcək. Çünki məlumatlandırmaq görülən işin yarısı deməkdir. Onsuz da dünya fars-molla rejiminin xislətinə bələddir və onların “hansı yuvanın quşu” olduqlarını yaxşı bilir. Üstəlik, böyük anti-İran koalisiyası formalaşdırılır və Tehran getdikcə daha çox təcrid edilir. Buna görə də, İranın bəyanatına heç kim fikir verməyəcək”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*