İran mollasından QALMAQALLI AÇIQLAMA: “Biz Azərbaycan talışları üçün telekanal açmalıyıq”backend

İran mollasından QALMAQALLI AÇIQLAMA: “Biz Azərbaycan talışları üçün telekanal açmalıyıq”

“Biz Azərbaycan talışları üçün telekanal açmalıyıq”.

KONKRET.az xəbər verir ki, bu barədə İranın “İswnews” saytı yazıb.

İran rəhbərinin ölkənin talış bölgəsindəki nümayəndəsi Müctəba Nurzad cümə namazı xütbələrində Azərbaycan mediasının guya İran İslam Respublikasına qarşı təbliğat fəaliyyəti apardığını deyib.

“Qlobal imperializm bütün siyasi, dini və etnik komponentlərdən Qafqaz bölgəsində anti-İranizm və iranofobiya məqsədləri üçün istifadə edir. Onlar mediada geniş təbliğat apararaq İranı Azərbaycan xalqının düşməni kimi göstərir”, – deyə o bildirib.

Həmin təbliğatla mübarizə aparmaq üçün o, İranın dövlət radio və televiziya kanalları açmasının zəruriliyini vurğulayıb:

“Bu böyük yalan aparatı ilə mübarizə aparmaq, həqiqətləri çatdırmaq üçün onların imperialist fikirlərinə qarşı kontent hazırlayan media və televiziya kanallarımız olmalıdır”.

Nurzad İranda talış dilində televiziya kanalının olmamasını qeyd edib: “Talış xalqı dəfələrlə talış dilində radio və televiziya kanalının yaradılması vasitəsi ilə məsələlərin düzgün çatdırılmasına çağırış edib. Mən aidiyyəti qurumların bu məsələyə diqqət yetirəcəyinə ümid edirəm”./Azad İran

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*