İranın “İNTİQAM ALACAĞIQ” bəyənatı İsraili silkələdibackend

İranın "İNTİQAM ALACAĞIQ" bəyənatı İsraili silkələdi

İranın “Qasım Süleymaninin intiqamını alacağıq”, – deyə verdiyi bəyənat İsraili hərəkətə keçirib.

Rəsmi Təl-Əviv Qolan təpələrindəki Hermon Dağını potensial raket hücumu riski səbəbindən ziyarətçilər üçün bağlı elan edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, qərar İsrail Baş Qərargahının rəsmi “Twitter” hesabında paylaşılıb.

“Bu gün Hermon dağı ziyarətçiləri üçün bağlı olacaq. Qolan üçün dəyişən bir şey yoxdur, nizamlı fəaliyyətini davam etdirəcək”.

İsrail Müdafiə naziri Bennett Süleymaninin ölümündən sonra təhdidləri müzakirə etmək üçün Təl-Əvivdə yüksək təhlükəsizlik və hərbi rəsmilərlə görüş keçirildiyini bəyan edib.

Hazırladı: Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*