İranlı deputatdan TƏXRİBATÇI PAYLAŞIM: “Bakı İranın övladıdır” – FOTObackend

İranlı deputatdan TƏXRİBATÇI PAYLAŞIM: “Bakı İranın övladıdır” - FOTO

İran rəsmisi təxribat xarakterli tvit paylaşıb.

KONKRET.az xəbər verir ki, bunu İranın Arak, Xəndab və Kamican şəhərlərinin parlamentdə nümayəndəsi və parlamentin daxili işlər və şuralar komissiyasının sədr müavini Məhəmməd Həsən Asəfəri tviter mikrobloqunda yazıb.

“Tarix İran və Azərbaycan xalqlarının bir-birinə sevgisinə şahidlik edir və Bakı İranın layiqli oğludur.

Azərbaycan rəhbərliyi İŞİD və sionistlərin birgə planından ehtiyat etməlidir. Biz Azərbaycan xalqı ilə eyni cəbhədəyik.

Bir insanın şəxsi problemi terror aktı deyil. Elə danışın ki, sonradan utanmayasınız”, – deyə o sərsəmləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*