Daim anti-Azərbaycan, anti-Türkiyə çıxışları və yazıları ilə gündəmə gələn və əslən Təbrizdən olan Salar Seyfəddini adlı şəxs özünü Qafqaz üzrə siyasi şərhçi və tədqiqatçı kimi qələmə verir. Bu yaxınlarda o, şəxsi “Tvitter” hesabında Tehran bələdiyyəsi tərəfindən bir neçə ay öncə İran paytaxtının küçələrindən birinə verilən Azərbaycanın Şuşa şəhərinin təhrif edilmiş “Şuşi” adının fotosunu “Shusi” həştəqi ilə paylaşıb.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.
Mənbə yazır ki, hər zaman Tehran hökumətinin siyasətinə uyğun və sifarişi ilə Azərbaycana qarşı qərəzli və əsassız təhlil yazıları ilə tanınan bu “siyasi şərhçi”nin İran-Azərbaycan əlaqələrinin yenicə normal məcraya düşdüyü bir vaxtda belə təxribat xarakterli paylaşımlara əl atması düşündürücüdür.
Roman Göytürk,
KONKRET.az
