İranlı futbolçular DÇ-2022-nin ilk oyununda öz himnlərini oxumaqdan İMTİNA ETDİLƏR – VİDEObackend

İranlı futbolçular DÇ-2022-nin ilk oyununda öz himnlərini oxumaqdan İMTİNA ETDİLƏR - VİDEO

İran milli komandasının futbolçuları etiraz olaraq İngiltərə ilə oyundan əvvəl öz himnini oxumayıblar.

KONKRET.az xəbər verir ki, bu barədə görüntülər də artıq yayılıb.

Hazırda DÇ-2022-də İngiltərə və İran komandalarının çıxış etdiyi ikinci oyun keçirilir. Matç başlamazdan əvvəl stadionda İran himni səsləndirilib. Bu zaman asiyalı futbolçular onu oxumaqdan imtina edib və azarkeşlər fitə basıb.

Xatırladaq ki, 2022-ci il Dünya Çempionatının başlamasına az qalmış İranda ölkədə qadınlara qarşı amansız davranışa görə etiraz aksiyaları başlayıb.

Bildirilib ki, İran millisinin futbolçuları dünya çempionatının oyunlarında ölkədə baş verənlərə öz etirazlarını bildirə bilərlər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*