İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Ətabək bu gün səhər saatlarında Kərəc-Qəzvin yolunda avtomobil qəzasına düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, Kürdüstan əyalətinə səfər edən nazir qəza nəticəsində xəsarətlər alıb və Kərəcdəki xəstəxanaya yerləşdirilib.
Onun həyatının təhlükədə olmadığı bildirilib./axaraz