İranlı zəvvarları daşıyan avtobus İraq ərazisində qəzaya düşüb.
KONKRET.AZ xəbər verir ki, bu barədə məlumat İRİB-də dərc olunub.
Belə ki, içərisində zəvvarlar olan avtobus digər avtobusla toqquşub. Nəticədə 8 iranlı zəvvar ölüb, 30-u isə müxtəlif dərəcəli xəsarətlər alıb.
İranlı zəvvarlar İmam Hüseyn və Kərbəla şəhidlərinin 40 mərasimi – Ərbəin münasibətilə Kərbəla şəhərinə gedirmişlər.
Qeyd edək ki, hər il İmam Hüseyn və Kərbəla şəhidlərinin 40 mərasimi – Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə ziyarətə gedir.
Bu il Ərbəin oktyabrın 19-na təsadüf edib.
