“Irdiplomacy”: “Azərbaycan müharibəyə hazırlaşır”backend

"Irdiplomacy": "Azərbaycan müharibəyə hazırlaşır"

İranın “Irdiplomacy” analitik portalı “Azərbaycan müharibə axtarır” başlıqlı məqalə dərc edib.

KONKRET.az xəbər verir ki, məqalədə qeyd olunur ki, Azərbaycan rəsmilərinin, xüsusən də Prezident İlham Əliyevin son açıqlamaları bunu deməyə əsas verir. Yazıya görə, Azərbaycan rəsmiləri Avropa siyasətçiləri, xüsusilə Fransa prezidenti Emmanuel Makronla görüşlərində olduqca arxayın şəkildə öz mövqelərini cəsarətlə bəyan edirlər.

Portal yazır ki, Qafqaz üzrə ekspertlərin fikrincə, Azərbaycanın məqsədi Ermənistanı yeni müharibə bahasına olsa belə, dəhliz verməyə məcbur etməkdir.

Məqalədə İranın regionda sülh və sabitliyin qorunmasında diplomatik səyləri vurğulanır. Xüsusilə, Morteza Abedin Varaminin İİR-in Qafandakı baş konsulu təyin edilməsi qeyd olunur. Abedin Varamin Ermənistanın xarici işlər naziri ilə görüşdə İran İslam Respublikasının Qafandakı Baş Konsulluğunun fəaliyyətinin iki ölkə arasında bütün sahələrdə əlaqələrin genişlənməsinə və dərinləşməsinə kömək edəcəyinə ümidvar olduğunu bildirib. Ermənistan da öz növbəsində İranın mövqeyini və sülhü qorumaq səylərini yüksək qiymətləndirib.

Məqalədə İsrailin müdafiə nazirinin Azərbaycana səfəri, onun prezident Əliyev və həmkarı Zakir Həsənovla görüşünə xüsusi diqqət yetirilib. Vurğulanıb ki, İsraildən gələn hərbi yük təyyarələri mütəmadi olaraq Azərbaycana uçuşlar həyata keçirir. Qeyd olunur ki, Bakı 2020-ci il müharibəsi zamanı erməni mövqelərinə qarşı istifadə edilən İsrail silahları və PUA-larının alıcıları arasında liderlərdən biridir. Bütün bunlar Azərbaycanın yeni müharibəyə hazırlaşmasının göstəricisi kimi qiymətləndirilir.

Sayt həmçinin Hindistan mediasına istinad edərək Ermənistanın Hindistandan təxminən 245 milyon dollar dəyərində böyük bir silah partiyası aldığını yazır.

Natiq Səlim,

KONKRET.az

  • Fedya
    Oktyabr 5, 2022 - 15:17

    Fars rejiminin ve ali dini liderleri əclaf xomeyinin axırına çıxmayınca bizə rahatlıq yoxdur. Xomeyni onsuzda ölüb gəbərib gedib cəhənnəmə, sadece gizledirler. Qalıb bir ip üstündə qalan rejimleri.

  • Garachanta
    Oktyabr 5, 2022 - 22:36

    cındır, tarixə qadınlaşmış “kişilər” statusu ilə daxil olmuş farslar qohumları-qardaşları üçün yaman narahatdırlar…Boz Qurdlar Gəlir!

Fedya üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*