Macarıstanda cərrah küçənin ortasında ürək əməliyyatı etdibackend

Macarıstanda cərrah küçənin ortasında ürək əməliyyatı etdi

Macarıstanlı cərrah Jolt Dubotski ürək nahiyəsindən bıçaq zərbəsi alan 30 yaşlı gənci küçənin ortasında ağır əməliyyat edərək ölümdən qurtarıb.

KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, bu qeyri-adi hadisə barədə Budapeşt Milli Onkologiya İnstitutu rəsmi açıqlama yayıb.

Dubotski sözügedən tibb müəssisəsinin baş cərrahı vəzifəsində çalışır və işdənkənar vaxtlarda Hava Təcili Yardım Xidməti QHT-də könüllü fəaliyyət göstərir. Aprelin 26-da onun rəhbərlik etdiyi briqada bıçaqlanmış şəxsə kömək məqsədilə təcili çağırışa yollanıb.

Tibb işçiləri yaralının vəziyyətinin kritik olduğunu və klinika binasına çatdırılmasının böyük risk daşıdığını müəyyən ediblər. Xəstənin həyatda qalması üçün sadəcə bir neçə dəqiqəsi qaldığını görən Dubotski dərhal yerindəcə cərrahi müdaxiləyə başlamağa qərar verib. O, cəmi yeddi dəqiqəyə xəstənin döş qəfəsini açaraq zədələnmiş və döyünən ürəyə tikiş qoyub.

Həkimin verdiyi bu cəsarətli qərar nəticəsində yaralı gəncin həyatı xilas olunub. Küçədəki təcili tibbi müdaxilədən sonra xəstə helikopter vasitəsilə hospitala köçürülüb. Xəstə ona ikinci həyat bəxş edən Dubotskiyə və bütün tibb heyətinə artıq öz minnətdarlığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*