Ermənistanın AB-yə mümkün üzvlüyü onun suveren hüququdur, lakin iki fərqli təşkilatın üzvü olmaq mümkün deyil.
KONKRET.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistan hökumətinin AB-yə üzvlük prosesinin başlanması barədə qanun layihəsini təsdiqləməsi və parlamentin müzakirəsini göndərməsi haqda deyib.
Onun sözlərinə görə, Ermənistanın həm Aİİ-də, həm də AB-də yer alması mümkün deyil:
“Ermənistanın AB-yə üzvlüyü nə deməkdir? Hazırda bunu demək çətindir, çünki əlbəttə ki, iki fərqli təşkilatın üzvü olmaq, hipotezik şəkildə düşünəndə, mümkün deyil”.
Kreml nümayəndəsi əlavə edib ki, Aİİ-yə üzvlükErmənistan üçün faydalıdır./axaraz