İrəvan-Moskva reysində BOMBA HƏYƏCANIbackend

İrəvan-Moskva reysində BOMBA HƏYƏCANI

Naməlum şəxs İrəvandan Moskvaya uçan təyyarədə bomba olması barədə məlumat verib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Məlumata görə, Moskvanın “Şeremetyevo” hava limanının elektron poçtuna İrəvan-Moskva reysinə bomba qoyulması barədə anonim məlumat daxil olub.

Sözügedən təyyarə hava limanında yerə endikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlara başlayıb. Hələ ki, axtarışın nəticələri haqda məlumat verilməyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*