İrəvan supergüclərin boks rinqinə çevrilib – Erməni siyasi texnoloqbackend

İrəvan supergüclərin boks rinqinə çevrilib – Erməni siyasi texnoloq

“Ermənistan supergüclərin boks rinqinə çevrilib. Hansı ki, bir-birinə qarşı döyüşdən əvvəl üzərimizdə “məşq” edirlər. Bu isə narahatlıq doğurmaya bilməz”.

KONKRET.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu siyasi strateq Karen Köçəryan “Rusiyaya müqavimət göstərmək üçün” Ermənistanda Kanada səfirliyinin açılması ilə bağlı bəyanatı şərh edərkən bildirib.

“Başqa sözlə, Ermənistanın imici və suverenliyi o qədər aşağı düşüb ki, fövqəldövlətlər bizim üzərimizdə məşq edirlər və bu zaman özlərini haqlı sayırlar”, deyə o, qeyd edib.

Köçəryan bildirib ki, Kanada səfirliyinin açılması çoxdan gözlənilən müsbət addımdır, lakin verilən bəyanat qəbuledilməzdir.

“Rusiya bizim strateji müttəfiqimizdir, Qərb isə strateji tərəfdaşdır. Ona görə də Ermənistan diplomatik bəyanatla çıxış etməlidir və bildirməlidir ki, rəsmi İrəvan boks rinqi deyil, hər kəs problemini digər yerlərdə həll etsin. İndiki hakimiyyət elə vəziyyət yaradıb ki, kim nə istəyirsə, deyir və bütün bunlar Ermənistanın hesabına baş verir”, – deyə siyasi strateq vurğulayıb.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*