İrəvanda azərbaycanlı deputatların olduğu otelin qarşısında AKSİYA – VİDEObackend

İrəvanda azərbaycanlı deputatların olduğu otelin qarşısında AKSİYA - VİDEO

İrəvanda azərbaycanlı deputatların səfərinə qarşı mitinq keçirilir.

KONKRET.az xəbər verir ki, etirazçılar paytaxtın “Marriot” mehmanxanasına toplaşıblar. Burada Avronest assambleyasının, o cümlədən azərbaycanlı deputatların  şərəfinə ziyafət təşkil edilib.

Aksiyanın təşkilatçısı Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Qazaryandır. O qeyd edib ki, aksiyanın iki məqsədi var: Ermənistanda demokratiyanın acınacaqlı vəziyyətini avropalılara çatdırmaq və Azərbaycan nümayəndə heyətinin səfərinə etiraz etmək.

Mehmanxananın qarşısına çoxlu sayda polis və təhlükəsizlik qüvvələri cəlb edilib.

Qeyd edək ki, bundan əvvəl etirazçılar  “Zvartnots” beynəlxalq hava limanına gedən yolu bağlamışdılar.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*