İrəvanda etirazçılar Ermənistan XİN-in binasını MÜHASİRƏYƏ ALDILAR – VİDEObackend

İrəvanda etirazçılar Ermənistan XİN-in binasını MÜHASİRƏYƏ ALDILAR - VİDEO

İrəvanda etirazçılar Ermənistan Xarici İşlər Nazirliyinin binasını mühasirəyə alıblar.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, müxalifət hərəkatının üzvləri bu gün səhər saatlarında polisin müqavimətini yararaq Ermənistan Xarici İşlər Nazirliyinin binasına girişləri bağlayıblar.

Nümayişçilərə Ermənistan parlamentinin müxalifət fraksiyalarından olan deputatları rəhbərlik edir.

Hazırda etirazçılar XİN əməkdaşlarının binaya girib-çıxmasına icazə vermir və “Nikolsuz Ermənistan” şüarını səsləndirirlər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*