İrəvanda Paşinyanın iqamətgahının yaxınlığında bir nəfər özünü YANDIRDI – VİDEObackend

İrəvanda Paşinyanın iqamətgahının yaxınlığında bir nəfər özünü YANDIRDI - VİDEO

İrəvanda hökumət iqamətgahının yaxınlığında kişi özünü yandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib.

O bildirib ki, İrəvanda Paşinyanın iqamətgahının yaxınlığında bir nəfər özünü yandırıb.

Onun sözlərinə görə, ərazidə xidmət aparan polis 30 yaşlı kişinin özünü yandırmasının qarşısını almağa çalışsa da, buna nail ola bilməyib və o, özünü yandırıb.

Polis yanğını söndürüb. Təcili yardım maşını huşunu itirmiş kişini xəstəxanaya aparıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*