İrəvandakı partlayışda daha 3 İran vətəndaşı itkin düşüb – YENİLƏNİBbackend

İrəvandakı partlayışda daha 3 İran vətəndaşı itkin düşüb - YENİLƏNİB

İrəvanda “Surmalı” topdan satış bazarındakı partlayışda daha 3 İran vətəndaşı itkin düşüb. 

KONKRET.az xəbər verir ki, Ermənistan Fövqaladə Hallar Nazirliyi itkin düşənlərin siyahısını dərc edib.

Bunlar 3 İran vətəndaşı

Vanyan Saki (İİR vətəndaşı, 2016-cı il təvəllüdlü)

Edras Saki (İİR vətəndaşı, 2002-ci il təvəllüdlü)

Kiuma Saki (İİR vətəndaşı, 1972-ci il təvəllüdlü)

“Son məlumatlara görə, 17 nəfər itkin düşüb, onlardan biri Rusiya Federasiyası vətəndaşıdr

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, itkin düşən Rusiya Federasiyasının vətəndaşı 1959-cu il təvəllüdlü Lyuba Qlebovadır.

17:17

İrəvandakı “Sürməli” ticarət mərkəzində baş verən partlayış zamanı itkin düşənlərdən biri İran vətəndaşıdır.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, itkin düşən şəxsin adı Mehri Təhriridir.

Qeyd edək ki, dünən İrəvandakı “Sürməli” ticarət mərkəzində baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 61 nəfər isə yaralanıb. 15 nəfər isə itkin düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*