İrəvanın “arzuolunmaz şəxs” elan etdiyi Fransa ermənilərinin sayı artırbackend

İrəvanın “arzuolunmaz şəxs” elan etdiyi Fransa ermənilərinin sayı artır

“Daşnaksütyun” Partiyasının daha bir üzvü – təşkilatın Fransa Gənclər Birliyinin mərkəzi şöbəsinin rəhbəri Njde Qaraqavoyan Ermənistanda “arzuolunmaz şəxs” elan olunub.

Bu barədə KONKRET.az Ermənistan mətbuatına istinadən xəbər verir.

Partiya Ermənistan hakimiyyətinin bu qərarını tamamilə əsassız adlandırıb.

“Bu üsullar bütün mümkün vasitələrlə partiyanın qlobal gənclər strukturunun işini dayandırmağa və əngəl törətməyə çalışan Ermənistanın hazırkı hakimiyyətinin anti-erməni mövqeyini bir daha təsdiqləyir”, – partiyanın yaydığı açıqlamada vurğulanır.

Qaraqavoyan fevralın 6-10-da Qərbi Zəngəzur bölgəsində keçiriləcək tədbirdə iştirak etmək niyyətində idi.

Qeyd edək ki, Ermənistan hakimiyyəti həmçinin “Daşnaksütyun”un digər fəalları – Fransanın Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri Murad Papazyanı, partiyanın Niderlanddakı gənclər birliyinin üzvü Syune Abramyanı da “arzuolunmaz şəxslər” elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*