İrəvanın mərkəzində erməni Azərbaycan haqqında və azərbaycanca danışır.
KONKRET.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Hazırda İrəvanda yaşayan erməni Gəncədə doğulduğunu, yaşadığını deyir.
Azərbaycan haqqında ağızdolusu danışan erməni ölkəmizin varlı və qonaqpərvər olduğunu bildirir. Azərbaycanlıların xeyirxahlığından (həmişə də bundan istifadə etdilər – red.) danışır.
Erməni tezliklə sülh müqaviləsinin imzalanmasını istəyir.
O, azərbaycanlılara İrəvandan Azərbaycan dilində salam göndərib.
Daha ətraflı videoda:
Xuraman Etibarlı,
KONKRET.az
