Azərbaycan karateçisi İslamiadanın ikiqat qalibi oldu – YENİLƏNİBbackend

Azərbaycan karateçisi İslamiadanın ikiqat qalibi oldu - YENİLƏNİB

Azərbaycan karateçisi İrina Zaretska (68 kq) V İslam Həmrəyliyi Oyunlarının kumite yarışlarında qızıl medal qazanıb.

KONKRET.az xəbər verir ki, təmsilçimiz ikinci dəfə İslamiadanın qalibi olub. Belə ki, karateçimiz 2017-ci ildə Bakıda keçirilən yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Millimizin digər üzvü Pənah Abdullayev isə (84 kq) finalda uduzaraq gümüş medalla kifayətlənib.

17:17

Azərbaycan karateçisi İrina Zaretska Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

KONKRET.az xəbər verir ki, 68 kq-da çıxış edən idmançı həlledici görüşə vəsiqə qazanmaqla, ən azı gümüş medalı təmin edib.

Qeyd edək ki, İrina Zaretska 2017-ci ildə Bakıda təşkil edilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*