İrlandiyanın baş naziri koronavirusa yoluxanları özü müalicə edəcəkbackend

İrlandiyanın baş naziri koronavirusa yoluxanları özü müalicə edəcək

İrlandiyanın baş naziri Leo Varadkar koronavirusun qarşısının alınması məqsədilə həkim kimi işə başlayacaq.

KONKRET.az “The Guardian”a istinadən xəbər verir ki, bu barədə baş nazirin nümayəndəsi məlumat verib.

Bildirilib ki, Leo Varadkar həftədə bir gün İrlandiyanın Səhiyyə Xidmətində əməkdaş kimi işləyəcək.

“Onun ailə üzvlərinin bir çoxu və dostları səhiyyə sahəsində işləyir. Baş nazir onlara bu sayaq yardım etmək istəyir”-, hökumət başçısının köməkçisi bildirib.

Leo Varadkarın bu addımı atmasına səbəb İrlandiya xəstəxanalarında koronavirusa yoluxanları müalicə edən həkimlərin çatışmazlığıdır.

Məlumata görə, 41 yaşlı baş nazir ölkə paytaxı Dublində xəstəxanalardan birində kiçik həkim işləyib və 2010-cu ildə ümumi praktikada ixtisaslı həkim diplomu alıb. Bir neçə ildən sonra işini ataraq siyasətə məşğul olmağa başlayıb.

Son məlumata əsasən, İrlandiyada 4 994 nəfər virusa yoluxub, 158 nəfər ölüb, 158 nəfər isə sağalıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*