Rumıniyalı siyasətçi iş görüşünə duşda olarkən videobağlantı vasitəsilə qoşulub.
KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, rumıniyalı siyasətçi iş görüşünə hamam otağında olarkən videobağlantı vasitəsilə qoşulub.
Duşda olan Alberto-Jozef Karayan təsadüfən kameranı açıb. Onun bu görüntüsü təəccüb və gülüş doğurub.
Bundan sonra o, panikaya düşüb.
“Telefonu söndürə bilmirəm, çox üzr istəyirəm. Çox soyuqlamışam, amma kameranı da necə söndürəcəyimi bilmirəm”, – deyə Karayan təlaşlanıb.
Yerli medianın yazdığına görə, hadisədən 3 saat sonra duşdan efirə çıxan siyasətçi istefa verib.
Xuraman Etibarlı,
KONKRET.az
