backend

İş yerində siqaret çəkdiyinə görə 11 min dollar CƏRİMƏLƏNDİ

Yaponiyada dövlət qulluqçusu 14 il ərzində iş yerində 4512 dəfə siqaret çəkdiyi üçün 11 min dollar cərimələnib. Bundan əlavə, onun maaşı 6 ay ərzində 10 faiz azaldılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Oddity Central” yazıb.

Bildirilib ki, Osakadan olan 61 yaşlı kişinin siqaret çəkərkən keçirdiyi ümumi vaxt 355 saatlıq iş vaxtına bərabərdir.

Nəşrin yazdığına görə, işçi siqaret çəkdiyinə görə dəfələrlə danlanıb, lakin o, buna məhəl qoymayıb.

Qeyd edək ki, Osakada məktəb və dövlət idarələrində siqaret çəkmə qadağası 20 il əvvəl tətbiq edilib. 2019-cu ildə isə dövlət işçilərinə iş vaxtı siqaret çəkmək qadağan edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*