Çində iş yoldaşları toyuna gəlmədiyi üçün gənc qadın işini tərk edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Oddity Central” məlumat yayıb.
Bildirilib ki, Çinli qadın şirkətdə beş il çalışıb və həmkarları ilə yaxşı münasibətdə olub. O, birlikdə işlədiyi 70 nəfəri toyuna dəvət etmək qərarına gəlib və onlara altı süfrə açıb.
Ancaq onlardan yalnız biri toya gəlib.
Dəvətinə məhəl qoyulmadıqdan sonra o, bütün qonaqların, xüsusən də bəyin ailəsinin qarşısında özünü alçaldılmış hiss edib.
Toydan sonra qadın onu bu cür təhqirlərə məruz qoyan insanlarla daha işləyə bilmədiyi üçün işdən çıxıb.
Bu hadisə sosial mediada gündəm olub. Baş verənlərlə bağlı istifadəçilər gəlinə və onun şirkətdən ayrılmaq qərarına rəğbət bəsləyib.
