“İsa Məsihin kilsəsi” adlanan şəhərə polis nəzarəti gücləndirilibbackend

“İsa Məsihin kilsəsi” adlanan şəhərə polis nəzarəti gücləndirilib

15 mart 2019-cu ilin cümə günü. Namaz vaxtı Yeni Zelandiyanın Kristçörç (Christchurch) şəhərində terror aktı həyata keçirildi. “Nur” və “Linvud” məscidlərinə silahlı hücum 51 nəfərin ölümünə, 49 nəfərin isə yaralanmasına səbəb oldu. Kütləvi qətlin müəllifi 28 yaşlı Brenton Tarranta idi.

Bu gün “Reuters” agentliyinin yaydığı xəbərdə deyilir ki, bazar günü qatil hadisənin törədildiyi Kristçörç şəhərinə gətirilib. Bazar ertəsi bu cinayətlə bağlı dinləmələr keçiriləcək.

“The New Zealand Herald” qəzeti bildirib ki, Brenton Tarrant Paremoremodakı Auckland həbsxanasında saxlanılır. Məhkəmə dinləmələri ilə əlaqədar ciddi polis nəzarəti altında şəhərə gətirilib.

“Reters” bildirir ki, qatil cinayəti törətdiyini etiraf edib. Məhkəmənin onun haqqında ömürlük cəza çıxaracağı gözlənilir. Yeni Zelandiya tarixində heç kəs indiyə kimi belə bir cəza almayıb.

Sonda onu da deyək ki, qətlin törədildiyi şəhər ingiliscə Christchurch adlanır. Bu isə christ (İsa Məsih) və church (kilsə) sözlərinin birləşməsindən yaranıb. Bəziləri hesab edir ki, şəhərin adı ilə müsəlmanlara qarşı terror aktının həyata keçirilməsi arasında müəyyən əlaqə var. Yəni terrorçu müsəlmanlara hücum üçün bu şəhəri təsadüfən seçməyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*