İşdən çıxarılan şəxslərini kredit borcları ilə bağlı vəziyyət kəskinləşir – Artıq gündəmdə bu məsələdirbackend

İşdən çıxarılan şəxslərini kredit borcları ilə bağlı vəziyyət kəskinləşir – Artıq gündəmdə bu məsələdir

Kredit öhdəliyi olan şəxsin işdən çıxarılması aylıq ödənişlərini davam etdirməsini çətinləşdirə bilər. Xüsusilə yeni iş tapana qədər sabit gəlirdən məhrum olan vətəndaşların kredit ödənişlərinin gecikməməsi üçün hansı addımları ata biləcəyi maraq doğurur.

Bəs işsiz qalan şəxsin kredit ödənişlərini qarşılamaq üçün işsizlikdən sığorta mexanizmindən yararlanmaq mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, belə hallarda işsizlikdən sığorta ödənişindən yararlanmaq imkanını nəzərdən keçirmək olar:

Problemli kreditlərlə bağlı mexanizmlərdə nələr dəyişəcək? - AÇIQLAMA -  Avtosfer.az

“İşsizlikdən sığorta ilə bağlı məsələlər var. Bu da bir seçimdir. İnsan işsiz qalanda sığorta ödənişi ala bilər. Bu, məcburi deyil. Vətəndaş özü seçməlidir. Necə ki, vətəndaş kasko sığortasını özü seçir. Bu formadadır: istəsə seçər, istəsə seçməz”.

Qeyd edək ki, işsizlikdən sığorta ödənişi əmək müqaviləsi ilə çalışan və qanunvericilikdə nəzərdə tutulan əsaslarla işdən azad edilən şəxslərə müəyyən şərtlər daxilində şamil olunur. Bunun üçün şəxs işsiz kimi qeydiyyata alınmalı və qanunvericilikdə müəyyən edilmiş tələblərə cavab verməlidir.

Lakin işdən çıxarılma kredit öhdəliyini avtomatik olaraq dayandırmır. Yəni vətəndaş işsiz qaldıqda belə, bank qarşısında mövcud kredit borcunun ödənilməsi öhdəliyi qüvvədə qalır.

Bu səbəbdən gəlirini itirən və ya gəliri əhəmiyyətli dərəcədə azalan şəxsin bankla vaxtında əlaqə saxlaması və ödəniş qrafikinin dəyişdirilməsi, müddətin uzadılması və ya digər mümkün həll yolları barədə məlumat alması məqsədəuyğundur.

Beləliklə, kredit borcu olan şəxsin işini itirməsi halında əsas addımlardan biri işsizlikdən sığorta ödənişi almaq hüququnun olub-olmadığını müəyyənləşdirmək, digər tərəfdən isə kredit öhdəliyinin icrası ilə bağlı bankla vaxtında əlaqə saxlamaqdır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*