Bakı-Sumqayıt qatarının ləngiməsi ilə bağlı AÇIQLAMA / YENİLƏNİBbackend

Bakı-Sumqayıt qatarının ləngiməsi ilə bağlı AÇIQLAMA / YENİLƏNİB

Bu gün səhər saat 10:00 radələrində Keşlə stansiyasının girişində kontakt şəbəkədə elektrik enerjisinin olmaması səbəbindən Sumqayıt-Xırdalan-Bakı istiqamətində  hərəkət edən elektrik qatarının hərəkətində ləngimə qeydə alınıb.

Bu barədə KONKRET.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, kontakt şəbəkəsini qidalandıran fider xəttində yaranmış nasazlığın aradan qaldırılması üçün dərhal tədbirlərə başlanılıb.

Qeyd edək ki, Binəqədi  rayonu, Biləcəri qəsəbəsindəki  6 saylı Dartı Yarımstansiyasından çıxan  yüksəkgərginlikli hava elektrik xətlərinin altında və mühafizə zonasında qanunsuz tikilən yaşayış və qeyri-yaşayış obyektlərinin yerləşməsi ağır texnikanın qəza baş verən əraziyə daxil olmasına  çətinliklər yaradıb.

Saat 10:37-də qatarların hərəkətini bərpa etmək mümkün olub. Hazırda qatarlar cədvələ uyğun hərəkət edir. Hadisə aidiyyəti üzrə araşdırılır.

11:51

Bakı-Sumqayıt elektrik qatarının metronun “Dərnəgül” stansiyasının yaxınlığında 40 dəqiqədən çoxdur hərəkətsiz dayandığı bildirilir. 

KONKRET.az xəbər verir ki, bu barədə jurnalist Natiq Cavadlı feysbuk hesabında yazıb. O qeyd edib ki, hərəkətin dayanmasına səbəb işığın sönməsidir. Nəticədə qatarda olan sərnişinlər bu müddət ərzində istidə qalıblar.

Məsələ ilə bağlı Qafqazinfo-ya “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən bildirildi ki, hazırda bununla bağlı araşdırma gedir. Məsələ ilə əlaqədar texniki şöbəyə məlumat verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*