İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək Azərbaycanın kişi və qadın voleybolçularının rəqibləri bəlli olub.
KONKRET.az xəbər verir ki, İslamiadada çıxış edəcək kişilərdən ibarət millimizin 8 ölkənin (Azərbaycan, Sudan, Kamerun, Mərakeş, İran, Qətər, Türkiyə, Pakistan) iştirak edəcəyi yarışda artıq rəqibləri dəqiqləşib. Komandamız püşkün nəticəsinə əsasən Sudan, Mərakeş və Kamerun milliləri ilə A qrupunda qüvvəsini sınayacaq.
İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək qadınlardan ibarət millimiz isə püşkün nəticəsinə əsasən Əfqanıstan, Seneqal və Kamerun yığmaları ilə B qrupunda qüvvəsini sınayacaq. Qadınların yarışında A qrupunda Özbəkistan, Türkiyə, İran və İndoneziya milliləri mübarizə aparacaqlar.
Qeyd edək ki, 2022 İslam Həmrəylik Oyunları Türkiyənin Konya şəhərində keçiriləcək.
Kişilər
QRUP A
Azərbaycan
Sudan
Mərakeş
Kamerun
Qadınlar
QRUP B
Azərbaycan
Əfqanıstan
Seneqal
Kamerun