İsmayıllıda “Mercedes” “Ford”la toqquşdubackend

İsmayıllıda "Mercedes" "Ford"la toqquşdu

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonunun Basqal qəsəbəsində “Mercedes” və “Ford” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*