İsmayıllıda narkotik satan şəxs tutuldubackend

İsmayıllıda narkotik satan şəxs tutuldu

İsmayıllıda narkotik satışı ilə məşğul olan şəxs tutulub.

KONKRET.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, 34 yaşlı rayon sakini Söhbət İsmayılov saxlanılıb. Ondan 2 kiloqrama yaxın marixuana və çətənə toxumları aşkar olunub.

Araşdırmalarla S.İsmayılovun narkotik vasitələri meşə massivində satış məqsədilə gizlətdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə S.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*