İspaniya hakimiyyətinin Mərakeşdən bu ölkənin Seuta eksklavına gələn miqrantlara qarşı sərt tədbirlər gördüyü bildirilir. “The Times” qəzetinin məlumatına görə, sərhədi keçən minlərlə insan susuzluq və aclıqla üzləşib, həmçinin sığınacaqsız qalıb.
KONKRET.az xəbər verir ki, beş gün ərzində sərhədi keçən təxminən 60 min nəfərdən hazırda şəhərdə 3-5 min arası miqrant qalır, onların yüzlərlə üzvü isə gecələri birbaşa küçələrdə və çimərliklərdə keçirməli olur.
Yerli sakinlər və hüquq müdafiəçiləri polis və rəsmi qurumların humanitar yardımın paylanmasına qəsdən maneə törətdiyini, bu üsulla miqrantları Mərakeşə qayıtmağa məcbur etməyə çalışdıqlarını qeyd edirlər. Humanitar təşkilatlar bölgədə vəziyyətin sürətlə pisləşdiyi və humanitar böhranın dərinləşdiyi barədə ciddi xəbərdarlıq edirlər.
Natiq Səlim,
KONKRET.az
