İspaniya polisi Mərakeşdən dəniz yolu ilə narkotik qaçaqmalçılığı üçün düzəldilmiş üç sualtı qayıq ələ keçirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, insansız sualtı qayıqlar 200 kq-a qədər yük daşımağa qadirdir.
14 ay davam edən istintaq çərçivəsində Kadis, Malaga və Barselonada 8 nəfər həbs edilib.
Polisin versiyasına görə, sualtı qayıqlar narkotik vasitə sayılan kokaini fransız narkotacirlərinə təhvil verilmək üçün nəzərdə tutulub.
“Bu qurğular vasitəsilə narkotik alverçiləri uzaqdan böyük miqdarda narkotiki Cəbəllütariq boğazından keçirə bilər”, – polisin açıqlamasında deyilir.
Qeyd edək ki, Cəbəllütariq boğazı Mərakeşi İspaniyadan ayıran dar dəniz zolağıdır.
Polislər həmçinin 14 kq marixuana və 157 300 avro nağd pul ələ keçirib.
İqbal Rzayev,
KONKRET.az
