İspaniyada yanğın bölgəsindən keçən qatarda 20 nəfər XƏSARƏT ALDIbackend

İspaniyada yanğın bölgəsindən keçən qatarda 20 nəfər XƏSARƏT ALDI

İspaniyanın Valensiya şəhərində meşə yanğını zamanı bölgədən keçən qatarda 20 nəfər yaralanıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Caudiel rayonunda baş verib.

Bildirilib ki, küləyin təsiri ilə alov dəmir yoluna sıçrayıb. Alovun dəmir yoluna doğru gəldiyini görən mexanik qatarı saxlayıb və geri manevr edib. Bu zaman bir qrup sərnişin qapını açıb tullanmaq istəyərkən alov və tüstü vaqona daxil olub. Hadisə nəticəsində sərnişinlərdən 20-si yaralanıb. Qatar yanğın bölgəsindən Caudiel stansiyasına qayıdıb.

Qeyd edək ki, İspaniyada davam edən meşə yanğınları səbəbindən bölgədə 2 min insan təxliyə edilib. Valensiyada son 10 ilin ən böyük yanğınını söndürmək üçün 26 təyyarə və helikopter cəlb edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*