İsrail ABŞ-ın Qəzza planına qarşı çıxdı: “Bu mexanizm işləməyəcək!”backend

İsrail ABŞ-ın Qəzza planına qarşı çıxdı: "Bu mexanizm işləməyəcək!"

İsrail rəhbərliyi Birləşmiş Ştatlarla birlikdə Qəzza sektorunda operativ olaraq yaranan münaqişələrin tənzimlənməsinə və atəşkəs rejiminin pozulmasının qarşısının alınmasına xidmət edəcək xüsusi mexanizmin yaradılmasını mənasız hesab edir.

KONKRET.az xəbər verir ki, bu barədə “Al-Monitor” portalı mənbələrə istinadən məlumat yayıb. Daha əvvəl “Axios” portalı Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidentinin kürəkəninin görüşü zamanı xüsusi birgə mexanizmin yaradılması barədə razılığın əldə olunduğunu bildirmişdi. Məlumata görə, bu mexanizmin işində Misir də iştirak etməli idi. Eyni zamanda, İsrail Ümumi Təhlükəsizlik Xidmətinin direktoru David Zini və İsrail hərbi kəşfiyyatının rəhbəri Şlomi Binder ABŞ nümayəndə heyətinə HƏMAS hərəkatının İsrailə qarşı yeni hücumlar planlaşdırdığını sübut edən kəşfiyyat məlumatları təqdim ediblər.

İsrailli diplomatik mənbələrdən biri “Al-Monitor”a bildirib ki, bu cür mexanizmlərin işləməyəcəyi HƏMAS-ın öz xoşu ilə silahı yerə qoymayacağı qədər birmənalı həqiqətdir və təhlükələrə qarşı hər hansı mexanizmlərlə mübarizə aparmaq mümkün deyil. Onun sözlərinə görə, İsrail hakimiyyəti HƏMAS-ın mövqelərinə cavab zərbələri endirməklə təhdidlərə dərhal reaksiya verməyi zəruri hesab edir, təklif olunan mexanizm isə İsrailin hərəkətverici imkanlarını məhdudlaşdıracaq.

Bununla belə, “Al-Monitor” qeyd edir ki, İsrail rəhbərliyi Vaşinqtonla aparılan danışıqlarda güzəştə gedərək ABŞ-ın bu mexanizmin yaradılması təklifi ilə razılaşıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*