İsrail Dəməşq hava limanı yaxınlığına raket zərbələri endirdibackend

İsrail Dəməşq hava limanı yaxınlığına raket zərbələri endirdi

Dəməşq Beynəlxalq Hava Limanının ətrafı İsrailin raket hücumuna məruz qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə Dubaydan yayımlanan “ƏlHədas” telekanalı məlumat yayıb.

Bildirilib ki, daha əvvəl Suriya ordusu tərəfində vuruşan şiə birləşmələri üçün nəzərdə tutulan hərbi anbarlara zərbələr endirilib.

İtkilər barədə məlumat verilməsə də, şahidlər şəhərin cənub-qərbində bir neçə güclü partlayış səsi eşitdiklərini bildirib.

Məlumata görə, İsrail raketləri Tiberiya gölündən və Qolan təpələrindən atılıb.

Qeyd edək ki, sentyabrın 17-də İsrail Hərbi Hava Qüvvələri Suriya paytaxtı ətrafına və hava limanı yaxınlığındakı Məzar əl-Qüssul bölgəsindəki şiə birləşmələrinin mövqelərinə zərbələr endirib. Hücumun dəf edilməsi zamanı beş Suriya əsgəri həlak olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*