İsrail Dəməşq hava limanına raket zərbələri endirdi: 5 Suriya əsgəri öldübackend

İsrail Dəməşq hava limanına raket zərbələri endirdi: 5 Suriya əsgəri öldü

İsrail Suriyanın Dəməşq hava limanına və paytaxtın cənubundakı digər obyektlərə raket zərbələri endirib.

KONKRET.az xəbər verir ki, bu barədə Suriyanın “SANAxəbər agentliyi məlumat yayıb.

Suriya Müdafiə Nazirliyi hücum nəticəsində 5 əsgərin həlak olduğunu bildirib.

Hücum yerli vaxtla saat 00:45-də həyata keçirilib.

“Bizim hava hücumundan müdafiə sistemlərimiz düşmən raketlərinin əksəriyyətini vurub”, – Müdafiə Nazirliyinin məlumatında deyilir.

İsrail tərəfi məlumatı şərh etməyib.

Qeyd edək ki, avqustun sonu və sentyabrın əvvəlində İsrail Suriyanın şimalında Hələb hava limanına iki dəfə hücum edib. Medianın məlumatına görə, hədəf iranpərəst qüvvələrə məxsus silah anbarları olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*