İsrail 15 fevral şənbə günü 369 fələstinli məhbusu azad edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə HƏMAS-ın əsir məsələləri üzrə ofisi məlumat yayıb.
Bəyanata görə, azad edilən məhbuslar arasında ömürlük həbs cəzasına məhkum edilmiş 36 nəfər və 7 oktyabr 2023-cü ildən sonra Qəzza zolağında həbs olunan 333 nəfər var.
İsrailin baş naziri Benyamin Netanyahunun dəftərxanası fələstinli qruplaşmalar tərəfindən 15 fevralda azad ediləcək girovların siyahısını təsdiqləyib.
Xatırladaq ki, 19 yanvardan etibarən İsrail və HƏMAS arasında əldə edilən razılaşmaya əsasən, Qəzza zolağında atəşkəs rejimi qüvvəyə minib. Bu razılaşma çərçivəsində İsrail həbsxanalarındakı fələstinli məhbusların azad edilməsi müqabilində israilli girovların sərbəst buraxılması nəzərdə tutulub.
Qeyd edək ki, 8 fevralda Qəzza zolağında atəşkəsin birinci mərhələsi çərçivəsində beşinci girov mübadiləsi həyata keçirilir.
Aysu İbrahimova,
KONKRET.az